Keçidi qaça-qaça keçən piyada ölümdən son anda qurtuldu - VİDEO

Paytaxtın Koroğlu Rəhimov küçəsində yolu keçidindən keçən piyada ölümlə üz-üzə qalıb. Hadisəni qeydə alan sürücü videogörüntünü redaksiyamıza göndərib. Avtosfer.az xəbər verir ki, 10-NT-008 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü piyada keçidində dayanmış avtomobilləri nəzərə almadan hərəkət etmək istəyib. Bu zaman dayanmış avtomobilin qarşısından qaçan piyada qəfildən həmin sürücünün qarşısına çıxıb. Piyada, avtomobil tərəfindən vurulacağını görən anda dayanaraq ölümdən son anda qurtuldu.
Qeyd edək ki, bu hadisədə həm piyada, həm də sürücü qaydaları pozmuş hesab edilir. "Yol hərəkəti haqqında" qanunun 54-cü maddəsində qeyd edilib ki, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini
azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış
nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.
40-cı maddədə isə yazılıb ki, piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan
nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün
təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












