Keçidin altında ölümə gedən qadın kameraya düşdü - VİDEO

Bakıda qadın piyada həyatını ciddi təhlükə altına atıb. Avtosfer.az-ın məlumatına görə, hadisə Səbail rayonu ərazisində, Şıxov çimərliyinin qarşısında baş verib və həmin an avtomobildə quraşdırılmış kamera vasitəsilə lentə alınıb.
Videoda aydın şəkildə görünür ki, qadın ərazidə yerüstü piyada keçidinin olmasına baxmayaraq, müəyyən edilməmiş yerdən yolu keçməyə cəhd edib. O, təhlükəsizlik məhəccərlərini aşaraq avtomobillərin hərəkətdə olduğu sürətli yola daxil olub və digər istiqamətə doğru keçib.
Qadının bu cür məsuliyyətsiz davranışı təkcə özünün deyil, eyni zamanda hərəkətdə olan sürücülərin də həyatını təhlükəyə atıb.
Yol hərəkəti qaydalarına əsasən, piyadalar yolu yalnız onlar üçün ayrılmış keçidlərdən istifadə etməlidirlər. Əks təqdirdə, bu, həm hüquqi məsuliyyət, həm də ciddi sağlamlıq və həyat riskləri ilə nəticələnə bilər.
Fərid
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO
Arxaya baxmadan yola çıxan sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO
Svetofora baxmayan sürücü qırmızı işıqda keçdi - VİDEO
Təcili yardım maşınlarının sürücüləri təlimlərə cəlb edilməlidir – ELMƏDDİN MURADLI
Baş yoldakı maşını gözləməyən avtobus sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Kəmər taxmağı özünə ayıb bilən müğənni telefon əlində maşın sürdü - VİDEO
Dəfələrlə gözüyumulu ötmə edən sürücü piyadaya da təhlükə yaratdı - VİDEO
Abşeronda yol polisi reyd keçirdi; sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Xaçmazda toy karvanında "avtoş"luq edən sürücü həbs edildi - FOTO












