Kütləvi şəkildə qayda pozan sürücülər hərəkəti iflic etdilər - VİDEO

Bakıda yolayrıcının keçilməsi qaydasını pozan sürücülər yolu bağlayıblar. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Ənvər Qasımzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib. Belə ki, Azadlıq prospekti ilə hərəkət edən sürücülər kəsişmə yerindən sonra tıxac yaranmasına baxmayaraq yolayrıcına daxil olublar. Hərəkət dayandığı üçün onlar yolayrıcında qalaraq Ənvər Qasımzadə küçəsi ilə hərəkət edən sürücülərin qarşısını kəsiblər.
"Yol hərəkəti haqqında" qanunun 75-ci maddəsində qeyd olunub ki, əgər yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerinə daxil olması qadağandır. Bu xətanı törədən sürücüləri 3 bal 80 manat məbləğində cərimə gözləyir.
Fərid
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












