Lənkəranda miqalkalı və "Fi-Fa" siqnallı "avtoş" sürücü həbs edildi - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini V.Salmanzadə axşam saatlarında şəhər ərazisində idarə etdiyi “Chevrolet” markalı avtomobillə çoxavazlı səs siqnallarından və sayrışan işıqlardan istifadə etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edib. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücü saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirilib və barəsində tərtib olunmuş inzibati protokol aidiyyatı üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.
Rayon Məhkəməsinin qərarı ilə V.Salmanzadə nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO















