“Lexus”un sahibi: həm suçlu, həm güclü… - VİDEO

"Görüntüdən aydındır ki, moped artıq yolayrıcına daxil olan vaxt “Leksus” qaydanı pozaraq ona yol vermir, bir növ onun üzərinə sürür". Bu sözləri Axar.az-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı dünən "Lexus" markalı maşının sürücünün motosiklet sürücüsünü vurararaq keçdiyi, daha sonra isə təhqir edərək döydüyü görüntülər barədə danışarkən deyib. “Vətəndaşlar haqlı olaraq bu cür məmurların özbaşına davranışını həzm edə bilmir. Kimsə özünü maşınının həcminə, geyiminə, qalstukuna görə başqalarından fərqləndirə bilməz. Elə cəmiyyətdə yaşayırıq ki, belə davranışlar yolverilməz və ikrah doğurur. Belə halların baş verməsi hamımızı narahat edir. Ümumiyyətlə, belə hadisələr sürücülər arasında aqressiyanın artmasının bir siqnalıdır”, - ekspert deyib.
Ekspert bildirib ki, bu gün moped sürücüsünə dəyən sillənin sabah hansı sürücüyə dəyəcəyi və yaxud kimin ölümünə səbəb olacağını bilmirik: “Bu hadisədə moped sürücüsü səbrlə davranıb. Demək olar, heç bir reaksiya vermir. Elə taksi sürücüləri var ki, maşınında bıçaq, dəmir parçası beysbol çubuğu gəzdirir. Moped sürücüsü əgər belələrindən olsaydı, mübahisənin nəticəsi ölüm, xəsarət, cinayət olacaqdı”.
Həmçinin E.Muradlı bildirib ki, sürücülər arasında bu kimi halların baş verməməsi üçün ciddi təbliğat işlərinə ehtiyac var. Belə görüntülərin yayılması bir növ ictimai qınaqdır və başqalarına dərs olur.
Qeyd edək ki, “Leksus” sürücüsü Sultan Dadaşovun PA məmuru olduğu iddia edilir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












