Maşına "usilitel" quraşdırmaq əlavə avadanlıqdır? - CƏRİMƏSİ YOXDUR

Sürücülər bəzi avtomobillərin səs sisteminə dəyişiklik edərək səsgücləndirici quraşdırırlar. Quraşdırılan bu avadanlığa görə yol polisi əməkdaşları tərəfindən cərimələnən sürücülər redaksiyamıza sual ünvanlayaraq bunun nə dərəcədə doğru olub-olmadığını soruşurlar.
Quraşdırılan səsgücləndirici ("usilitel") qanunla qadağandır?
Avtosfer.az xəbər verir ki, qanunvericilikdə avtomobillərin texniki göstəricilərinə dair müəyyən normalar qeyd olunub. Lakin avtomobilin səs sistemi ilə bağlı heç bir norma müəyyən edilməyib. Ona görə də avtomobilin səs sistemində edilmiş dəyişikliyə görə sürücü məsuliyyətə cəlb edilə bilməz.
Sürücülərə qarşı işlədilən "əlavə avadanlıq quraşdırmaq olmaz" ifadəsi isə kökündən yanlışdır. Çünki qanunvericilik əlavə avadanlıq quraşdırmağı birbaşa qadağan etmir. "Yol Hərəkəti Haqqında" Qanunda, o cümlədən İnzibati Xətalar Məcəlləsində normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi qadağan edilib. Avtomobildə normativ tələbi pozmayan istənilən avadanlığı quraşdırmaq və ya dəyişdirmək qanun çərçivəsində sayılacaqdır.
Bir sözlə avtomobilin səs sistemi ilə bağlı heç bir normativ tələb olmadığı üçün, sürücünün quraşdırdığı səsgücləndiriciyə "əlavə avadanlıqdır" deyib cərimə etmək doğru hesab olunmur.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












