“Mən əliləm, DYP mənə 1 gündə 2 cərimə yazıb - 400 manat” – ŞİKAYƏT – AÇIQLAMA – FOTO

Birinci qrup əlil Qafqaz Hüseynov iddia edir ki, Dövlət Yol Polisi əməkdaşları tərəfindən bir gündə iki dəfə qanunsuz olaraq cərimələnib.
Avtosfer.az xəbər verir ki, Qafqaz Hüseynovun sözlərinə görə, avtomobili özünün idarə etməsinə fiziki imkanı yoxdur. "Birinci qrup əliləm. Avtomobili dost-tanış pul yağıb alıb ki, harasa gedəndə əlil arabası ilə gedə bilim. Maşın elə düzəldilib ki, əlil arabası salona yerləşir. Özüm anadangəlmə əlil olduğum üçün maşını sürə bilmirəm. Ona görə də arada harasa getmək lazım olanda həmkəndlim Səmədi çağırıram ki, gəl, maşını sür gedək. Yəni avtomobil ancaq mən içində olanda hərəkət edir. Səmədin də sürücülük vəsiqəsi var. Ona görə də ona etibarnamə verməyə ehtiyac görməmişəm. Cərimələrdən birinin məbləği 300, digərininki isə 100 manatdır. Düşünürlər ki, maşın mənim adımadır, başqa adama etibarnamə verməmişəm deyə, yəqin özüm sürürəm. Ancaq mən hər dəfə maşın hərəkətdə olanda onun içində oluramsa, Səmədə etibarnamə verib-verməməyin nə mənası var?".
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev məsələ ilə bağlı Avtosfer.az-a bildirdi ki, foto və qeydiyyat funksiyasina malik xüsusi texniki vasitə ilə qayda pozuntusu qeydə alınan zaman pozulan qaydaya uyğun olaraq elektron protokol tərtib edilir. Lakin avtomobilin mülkiyətçisinin nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdursa və ya sonuncu etibarnamə verilən şəxsin sürücülük hüququndan məhrum edilibsə həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq elektron qaydada protokol tərtib edilir. “Əgər nəqliyyat vasitəsini qeyd etdiyim halda həmin şəxslər tərəfindən idarə edilməyibsə vəsatət qaldırılır və bu barədə araşdırma aparıldıqdan sonra, fakt təsdiqini tapdığı halda dəyişdirilir”.
Nurlan Sakitoğlu
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO














