Mikroavtobusla avtoxuliqanlıq edib polisə tabe olmayan sürücü həbs edildi - FOTO

Bakıda mikroavtobusla avtoxuliqanlıq edən sürücü həbs edilib. Belə ki, 99-HS-418 qeydiyyat nişanlı "Mercedes Sprinter" markalı mikroavtobusun sürücüsü aprelin 15-də müxtəlif üsullarla davamlı olaraq yol hərəkəti qaydasını pozub və avtoxuliqanlıq hərəkətləri edib. Sürücü törətdiyi xətalara görə saxlanılan zaman yol polisi əməkdaşlarına qəsdən tabe olmayıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, tabesizlik göstərən sürücü ərazi aidiyyəti üzrə 20-ci Polis Bölməsinə təhvil verilən sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2, 342.7, 535.1 və 511.1-ci maddələrin tələbini pozduğuna görə barəsində toplanılmış materiallar məhkəməyə göndərilib.
Bu gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququ 1 illik məhdudlaşdırılıb və 1 ay müddətinə inzibati qaydada həbs olunub.
Təbriz
Masazır dairəsində "ağıllı" sürücülərə görə hərəkətin təşkili dəyişdirilməlidir - VİDEO
Balaxanı-Mehdiabad yolunda təhlükəli ötmə sürücünü çıxılmaz vəziyyətə saldı - VİDEO
Bir maşın qabağa keçmək üçün kobud qayda pozdu - 77-PB-096 - VİDEO
Yolu kəsən sürücü sonra da özünü haqlı çıxarmağa çalışdı - VİDEO
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO













