Nobel prospektində bu dəyişiklik edilərsə sürücülərin yolu qısalacaq: Təklif

Paytaxtın Nobel prospektində sürücülərin getdiyi məsafəni qısaltmaq və təhlükəsizliyi təmin etmək üçün hərəkətin təşkilinə dəyişiklik edilməsi xahiş olunur. Həmin ərazidə yaşayan bir neçə sürücü bu barədə redaksiyamıza məlumat ünvanlayıb. Avtosfer.az xəbər verir ki, Nobel prospektinin üzü "Nargilə Kafesi" istiqamətinə olan hissəsində Süleyman Əhmədov küçəsinə dönmək istəyən nəqliyyat vasitələri üçün svetoforun əlavə bölməsi nəzərdə tutulub. Əlavə bölmədə yaşıl işıq yanan zaman digər istiqamətdən gələn nəqliyyat vasitələrinə hərəkət qadağan edilir.
Nobel prospektinin şəhər istiqamətinə olan hissəsində (Süleyman Əhmədov küçəsi ilə kəsişmədə) svetoforun sola əlavə bölməsi olmadığı və sol zolaqda hərəkətin düzünə təşkil edildiyi üçün geriyə dönmək istəyən sürücülərin yolu uzanır. Bu istiqamətdə hərəkət edən nəqliyyat vasitələri üçün əlavə bölmənin yaradılması sürücülərin rahat, fasiləsiz geriyə dönməsini təmin edə və konfliktsiz keçid yarada bilər.
Təbriz
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO













