Pəncəli Teymurovun qardaşına vəzifə verildi

Teymurov Famil Nurməmməd oğlu Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzinə metodist vəzifəsinə təyin edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Mərkəzin məlumatında deyilir. Eyni zamanda Mərkəzin direktorunun vəzifələrinin müvəqqəti icrası da Famil Teymurova həvalə olunub.
Famil Teymurov 2012-ci ildən Şəhid Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta ümumtəhsil məktəbində müəllim, daha sonra isə tədris işləri üzrə direktor müavini vəzifələrində çalışıb.
O, pedaqoji fəaliyyəti ilə yanaşı, idman sahəsində də uğurlar qazanmış, 2017–2018-ci illərdə sərbəst güləş üzrə I dərəcəli beynəlxalq idman ustası adına layiq görülüb.
Bundan əlavə, 5 il müddətində Asxanakəran kənd Bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Famil Teymurov 2025-ci ildə “Azərbaycan müəllimi” fəxri diplomuna layiq görülüb.
Famil Teymurov Milli Qəhrəman Pəncəli Teymurovun qardaşıdır.

Sərnişinlərə şad xəbər: Gediş haqqı 1 qəpik olacaq
Maşınlarla bağlı yeni qayda QƏBUL EDİLDİ: İDARƏ EDƏNLƏRİN NƏZƏRİNƏ
Bakıda quraşdırılacaq avtobus svetoforlarının hərəkət qaydaları açıqlandı - FOTOLAR
Əli Əsədov QƏRAR İMZALADI
Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik - FOTO - VİDEO
Skuter sürənlərə VACİB XƏBƏR: Dəbilqə qadağası GƏLİR
Yeni nazir təcili yardım maşınları ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR VERDİ - NƏ BAŞ VERİR ?
Sürücülərin diqqətinə! - Bakıda ilk dəfə bu svetaforlar quraşdırılır - FOTO
Bakının bu ərazilərində avtomobil sürmək pullu olacaq - Siyahı açıqlandı
“Qələbə” dairəsində nəqliyyat sıxlığı aradan qaldırıldı - FOTO - VİDEO
Sumqayıtın Baş planında Yaşıl dərə ilə bağlı hansı dəyişikliklər nəzərdə tutulur? – AÇIQLAMA












