Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO

Paytaxtın Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığında dayanma-durma qaydalarını pozan sürücünün hərəkəti narazılığa səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə sürücülərdən biri redaksiyanın “Instagram” səhifəsinə məlumat verib. Hadisə noyabrın 12-də saat 15:40 radələrində qeydə alınıb.
Belə ki, 99-ST-521 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yaşayış binasının girişində saxlayıb. Nəticədə binaya daxil olan və oradan çıxan sakinlərin hərəkəti çətinləşib. Bundan başqa, avtomobil məhəlləyə daxil olmaq istəyən digər sürücülərin də yolunu bağlayıb.
Şikayətçinin sözlərinə görə, qadına məxsus olan avtomobil uzun müddət ərazidə saxlanılıb. Bu səbəbdən məhəlləyə daxil ola bilməyən sürücülər geri qayıtmaq məcburiyyətində qalıblar.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












