Qırıq xətdə ötmə edən sürücü yazılmış cərimədən narazıdır; görün cərimə niyə yazılıb - VİDEO

Hacıqabul-Bəhramtəpə yolunda ötmə edən sürücü kamera vasitəsi ilə cərimə edilib. Bu barədə sürücü Tahir Abdullayev redaksiyamızın elektron ünvanına şikayət ünvanlayıb. O bildirir ki, idarə etdiyi 77-CK-729 qeydiyyat nişanlı "Honda" markalı avtomobillə qırıq xətdə ötmə edən zaman onun barəsində 3 bal 80 manat məbləğində elektron qərar qəbul edilib. Sürücü qırıq xətdə ötmə etdiyi üçün cərimənin qanunsuz yazıldığını iddia edir.
Lakin qərara əlavə edilmiş videodan aydın şəkildə görünür ki, sürücü ötmə edən zaman qarşıdan gələn avtomobilin üzərinə sürərək ona təhlükəli anlar yaşadıb. Bu səbəbdən də onun barəsində inzibati qərar qəbul edilib.
Bəzən sürücülər elə düşünür ki, qırıq xətdə istədiyi formada ötmə edə bilər. "Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq.
Leyla
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












