Tıxac olduğunu görə-görə yolu kəsib hərəkəti məhdudlaşdırdı - VİDEO

Yolayrıcının keçmə qaydasını pozan sürücü yolu kəsib. Avtosfer.az xəbər verir ki, hadisə mayın 1-də, paytaxtın Mərdanov qardaşları küçəsində baş verib. Yolayrıcında tıxac olduğunu görən 90-RM-199 qeydiyyat nişanlı “Hyundai Elnatra” markalı avtomobilin sürücüsü yolayrıcına daxil olaraq digər istiqamətdən gələn sürücünün yolunu kəsib. Bu azmış kimi özünü haqlı hesab edərək narazlıq bildirib.
Qanunvericiliyə görə sürücünün bu hərəkəti qayda pozuntusu hesab edilir. “Yol hərəkəti haqqında” qanunun 75-ci maddəsinin ll hissəsində qeyd olunub ki, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerinə daxil olması qadağandır. Bu xətanı törədən sürücünü 3 bal 60 manat məbləğində cərimə gözləyir.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












