Azərbaycanın sürücülük vəsiqəsi BƏƏ-də niyə keçərli olmayıb? – DİN AÇIQLAMA VERDİ

Yaxın günlərdə Birləşmiş Ərəb Əmirliyinə gedən Azərbaycan vətəndaşına Dubay və Əbu Dabidə heç bir beynəlxalq avtomobil icarəsi şirkəti icarəyə avtomobil verməyib. Həmin şirkətlər bunu şəxsin beynəlxalq vəsiqəsinin olmadığı ilə əlaqələndiriblər. Lakin şəxsin sürücülük vəsiqəsi beynəlxalq dərəcəli - universal olub. Hətta dəfələrlə Rusiya, Gürcüstan və digər ölkələrdə həmin sürücülük vəsiqəsi ilə avtomobil icarəyə götürüb.
Belə olduğu halda problem nədədir? BƏƏ-də Azərbaycan vətəndaşlarına beynəlxalq sürücülük vəsiqəsi olduğu halda niyə avtomobil verilməyib?
Məsələyə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev aydınlıq gətirib.
E.Hacıyev fed.az-a açıqlamasında bildirib ki, beynəlxalq təşkilatlarla əlaqəsi olan ölkələrin hər birində AR-nın sürücülük vəsiqəsi tanınır:
"Eynilə digər ölkələrdə olan sürücülük vəsiqəsi Azərbaycanda da qəbul edilir. Lakin biz əvvəlcə həmin vəsiqənin hansı ilə aid olduğunu bilməliyik. Çünki 2020-ci ilin noyabr ayından beynəlxalq konvensiyanın tələblərinə uyğun olaraq digər ölkələrdə Azərbaycanda verilən milli sürücülük vəsiqələri tanınır. Digər halda isə, yəni sürücülük vəsiqəsi 2020-ci ilin noyabr ayından əvvəlki tarixə aiddirsə, onda problemin olması gözləniləndir. Çünki burada hərflər düz gəlmədiyinə görə texniki problem yarana bilər. Lakin bununla bağlı hazırda sözügedən ölkə ilə (BƏƏ) sürücülük vəsiqəsinin qarşılıqlı dəyişdirilməsi və tanınması ilə bağlı iş gedir. Yəqin ki, yaxın vaxtlarda müəyyən texniki məsələlər çərçivəsində bununla bağlı sənəd imzalanacaq. Ancaq sürücülük vəsiqəsi dediyimiz tarixdən sonraya aiddirsə, problem olmamalı idi”.
E.Hacıyev bildirib ki, əgər sürücülük vəsiqəsi 2020-ci ilin noyabr ayından sonrakı tarixə aid olduğu halda problem yaranıbsa, həmin vətəndaş ölkəyə qayıtdıqdan sonra sürücülük vəsiqəsini yoxlada bilər:
“Milli sürücülük vəsiqələri bütün beynəlxalq konvesiyaların tələbləri nəzərə alınmaqla hazırlanıb. Konvensiyanın müddəalarına uyğun olaraq qeyd olunan ölkədə anlaşılmazlıqlar varsa, həmin vətəndaşa ölkəyə qayıtdıqdan sonra sürücülük vəsiqəsinin yoxlanılmasını tövsiyə edirəm. Çünki 2020-ci ilin noyabrından başlayaraq beynəlxalq konvensiyanın tələblərinə müvafiq sürüclük vəsiqəsi verilir. Həmin sürücülük vəsiqəsi Azərbaycanın da daxil olduğu konvensiyaya qoşulan ölkələrin hər birində tanınır. Həmin konvensiyaya dediyiniz ölkə də daxil olmaqla, demək olar ki, bütün ölkələr qoşulub (BƏƏ). Buna görə ölkələrdə hər hansı bir məhdudiyyət yoxdur”.
E.Hacıyevin sözlərinə görə, xarici ölkələrdə avtomobil idarə etmək arzusunda olan şəxslər həmin ölkələrə getməzdən əvvəl beynəlxalq sürücülük sənədi də ala bilər: “Çünki o ölkələrdə milli, yaxud köhnə sürücülük vəsiqələri tanınmaya bilər. Lakin dediyim kimi, həmin konvensiyaya BƏƏ də qoşulub və buna görə bu ölkələrdə hər hansı bir problem olmamalıdır”.
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










