Velosiped zolağına girən sürücü özünə haqq qazandırdı: "Xəstəm var" - VİDEO

Qaydalar 15 Avqust 2026 10:00
Velosiped zolağına girən sürücü özünə haqq qazandırdı: "Xəstəm var" - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın 28 May küçəsində qeydə alınıb. Belə ki, 90-VU-398 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü tıxac zamanı velosiped zolağına çıxaraq hərəkət edib. O, qarşıdan gələn skuterin yolunu kəsərək hərəkətə mane olub. Skuterin sürücüsü irad bildirərkən, qaydaları pozan sürücü, "xəstəm var" deyərək özünə haqq qazandırmağa başlayıb.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-2 maddəsilə 2 bal 100 manat məbləğində cərimə oluna bilər.

 

Fərid

Oxunub : 244
ŞƏRH YAZ
Ad

E-mail

Şərh