Vəzifədən sui-istifadə edən məmurun kobud qayda pozuntusu - VİDEO

İcra məmurunun bir neçə kobud qayda pozuntusunu oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, İcra Xidmətinə məxsus 10-AO-152 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü Gəncə şəhərində manevr qaydasını pozaraq görüntünü qeydə alan sürücüyə təhlükə yaradıb. O, daha sonra qoşa xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağında ötmə edib və svetoforun qırmızı işığında dayanmadan hərəkətinə davam edib.
Qeyd edək ki, bu avtomobil İcra Xidmətinə məxsus xidməti avtomobil olsa da, operativ nəqliyyat vasitəsi sayılmır. Bəzi dövlət məmurları elə düşünür ki, onlara məxsus xidməti avtomobillə istənilən hərəkəti etmək olar. Bu qətiyyən belə deyil. Əgər həmin xidməti avtomobil operativ nəqliyyat vasitələri siyahısına daxil deyilsə və operativ nəqliyyat vasitəsi kimi təchiz edilməyibsə, deməli adi nəqliyyat vasitəsidir. Həmin avtomobillə törədilən hər bir xəta qeydə alınmalı və xətanı törədən sürücü məsuliyyətə cəlb olunmalıdır.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












