Xanım sürücü maşını yolun ortasında qoyub dönər almağa getdi - VİDEO

Bakıda xanım sürücünün etdiyi hərəkəti qeydə alan oxucu həmin videonu redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, 90-ZO-080 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü paytaxtın Badamdar şossesində dayanma-durma qaydasını pozub. O, avtomobili yolun ikinci cərgəsində çəpəki park edərək yaxınlıqdakı restorandan dönər almağa gedib. Sürücünün etdiyi bu hərəkət yolda sıxlığın yaranmasına səbəb olub.
Adətən sürücülər yollarda olan sıxlıqlardan və tıxaclardan şikayətlənirlər. Hansısa bir sürücünün dayanma-durma qaydasını pozub tıxac yaratması hamını qıcıqlandırır və həmin şəxslər qayda pozan sürücüyə irad bildirməyə başlayır. Lakin həmin irad bildirən şəxslər öz rahatlıqları üçün qayda pozan zaman, digər sürücülərə təhlükə yaratdıqlarının fərqinə varmırlar. Bir sözlə, bu cür insanlar özünü hamıdan vacib hesab edir və hansısa iş dalınca gedəndə "görmürsən tələsirəm"- deyərək öz işini digər insanların işindən vacib hesab edir. Buna görə də yollarda sıxlıq, tıxac, qayda pozuntuları və qəzalar artmaqda davam edəcək.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












