Yasamalda sürücülər kameranın altında görün nə etdi - VİDEO

Paytaxtın Yasamal rayonunda nəzarət kamerasının altında qayda pozan sürücülərin videosu avtomobildəki kameraya düşüb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, aprelin 24-ü paytaxtın Əsəd Əhmədov küçəsində hərəkət edən 99-HK-802 qeydiyyat nişanlı "Samand" markalı və 99-UH-819 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüləri Dadaş Bünyadzadə küçəsinin kəsişməsində dayanaraq sola dönüblər. Əsəd Əhmədov küçəsindən sola dönmə qadağan edildiyi üçün, sürücülər bu cür manevr edərək D.Bünyadzadə küçəsində yaşıl işığın yanmasını gözləyiblər. Onlar elə düşünür ki, məcburi hərəkət istiqaməti nişanı sola dönməyə icazə vermirsə, yolayrıcında dayanıb bu qaydada sola dönə bilərlər. Lakin sürücülərin etdiyi hərəkət daha təhlükəli qayda pozuntusu hesab olunur.
Qeyd edək ki, 99-HK-802 qeydiyyat nişanlı avtomobilin sürücüsü bununla kifayətlənməyib D.Bünyadzadə küçəsinin sonunda əks istiqamətli hərəkət zolağına çıxaraq svetoforun qırmızı işığında yolayrıcına daxil olub və bu zaman digər sürücülərə maneə yaradıb.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












