Yol polisindən qaçan sürücü süni tıxacla dayandırılıb həbs edildi - FOTO

Bakıda yol polisinin qanuni göstərişinə tabe olmayan sürücü həbs olunub. Avtosfer.az xəbər verir ki, 99-BA-071 qeydiyyat nişanlı "Vaz 2106" markalı avtomobilin sürücüsü aprelin 28-i paytaxtın Mikayıl Müşviq küçəsində hərəkətdə olarkən yol polisi əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq Mətbuat prospekti istiqamətinə hərəkət edib. Yol polisi əməkdaşlarının yaratdığı süni tıxac vasitəsilə sürücü saxlanılıb və yenə də polisin qanuni tələblərinə qəsdən tabe olmayıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis pokovniki Vaqif Əsədov Avrosfer.az-a açıqlamasında bildirib ki, sürücü törətdiyi əmələ görə ərazi aidiyyəti üzrə 28-ci Polis Bölməsinə gətirilib. Sürücü Aydayev Xaqan Toğrul oğlu barəsində İnizbati Xətalar Məcəlləsinin 327.2, 327.3, 342.2 və 535.1-ci maddəsi ilə protokol tərtib edilərək toplanılmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 20 gün müddətinə inzibati qaydada həbs olunub.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












