Yolun ortasında dayanıb söhbət edən sürücülər hərəkətə mane oldular - VİDEO

Paytaxtın Babək prospektində qayda pozan sürücülər avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 14-də saat 13:12 radələrində qeydə alınıb. Belə ki, 77-QJ-418 dövlət nömrə nişanlı “BYD” markalı və 77-TP-198 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillərin sürücüləri yolun hərəkət hissəsində dayanaraq söhbət ediblər. Kadrdan görünür ki, onlar iki zolaqlı yolu zəbt edərək digər sürücülərin hərəkətinə əngəl törədiblər. Bir müddət sonra eyni sürücülər yenidən maşını yolun ortasında saxlayaraq dialoqa davam ediblər. Nəticədə onlar digər hərəkət iştirakçılarına mane olmaqla yanaşı qəza şəraiti yaradıblar.
Qanunvericiliyə görə, yolun hərəkət hissəsində dayanmaq və ya durmaq yalnız xüsusi istirahət yerlərində və dayanacaq məntəqələrində mümkündür. Bundan kənar hallarda, xüsusilə iki zolaqlı yolda digər sürücülərin hərəkətinə mane olmaq ciddi təhlükə yaradır və qanunla cəzalandırılır.
Nərmin
Avtomobilin qarşısını kəsən sürücü qoşa xətdən dönüb qaydaları pozdu - VİDEO
Avtobus zolağı olmayan yolda sürücüyə cərimə yazıldı - VİDEO
Ramanada sürücü əks yola çıxıb maşının üzərinə sürdü - VİDEO
Bakıda avtobus sürücüsü sağa dönənlərin yolunu kəsdi - VİDEO
"BMW" ilə toy karvanını bir-birinə qatdı - VİDEO
Son anda sağa dönən sürücü motosikletçiyə təhlükə yaratdı - VİDEO
Yük maşını ilə əks yola çıxdı – 99-BD-864 - VİDEO
Maştağada qaydaları gözardı edən moped sürücüləri təhlükə saçdı - VİDEO
Bakıda tıxacdan qaçan “Range Rover” sürücüsü qəza törətdi - VİDEO
Narkotik istifadən edən sürücü 20 SUTKA HƏBS EDİLDİ - VİDEO
Səbəbsiz yerə tormoz verən sürücü ötməyə imkan yaratmadı - VİDEO












