Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu

Qaxda şagirdlər arasında dava düşüb, biri ağır xəsarət alıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, oktyabrın 20-də Qax rayonu Əmran Cabbaroğlu adına Zəyəm kənd tam orta ümumtəhsil məktəbində IX sinifdə təhsil alan 2 şagird arasında tənəffüs zamanı baş vermiş mübahisə nəticəsində məktəblilərdən biri digərinə xəsarət yetirib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib:
"Təcili yardım xidmətinin əməkdaşları tərəfindən xəsarət almış şagirdə məktəbdə ilkin tibbi yardım göstərilib, daha sonra o, müvafiq tibb müəssisəsinə yönləndirilib.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Şagirdin sağlamlıq vəziyyəti məktəb və regional təhsil idarəsi tərəfindən izlənilir".
TƏBİB-dən bildirilib ki, bu gün saat 10:50 radələrində xəsarət alması səbəbilə 2012-ci il təvəllüdlü yeniyetmə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona baş-beyin silkələnməsi diaqnozu təyin olunub.
Hazırda onun müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












