Eldar Namazov Ramiz Mehdiyevlə üzləşməsindən DANIŞDI

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsindəki cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda politoloq Eldar Namazov da iştirak edib. O, məhkəmənin binası önündə də görüntülənib. Prezident Aparatının (indiki Administrasiya - red. ) Katibliyinin keçmiş rəhbəri, uzun illər R.Mehdiyevlə birlikdə işləmiş E.Namazov bu prosesə şahid qismində dəvət olunub.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan Eldar Namazov qeyd edib ki, məhkəmə işində Ramiz Mehdiyevin son illərdə dövlət çevrilişinə cəhd və onun əvvəlki illərdə fəaliyyəti ilə bağlı fikirlərini almaq istəyiblər.

E.Namazov vurğulayıb ki, hələ 2020-ci ildə Mehdiyevin fəaliyyəti ilə bağlı "Azərbaycan FETÖ-sunun xronikası və anatomiyası" adlı geniş məqalə yazıb:
"Həmin məqalədə göstərmişdim ki, Ramiz Mehdiyevin yaratdığı şəbəkə Azərbaycan dövlətçiliyi üçün nə qədər böyük təhlükə yaradır. Xəbərdarlıq etmişdim ki, hələ qabaqda bu şəbəkədən bizim üçün böyük təhlükələr olacaq. Daha sonra isə onun etdiyini müvafiq qurumlar üzə çıxardı. Dediyim kimi, məhkəmə müxtəlif suallar verdi, mən də cavablandırdım. Müəyyən mövzular ətrafında fikirlərimi aldılar. Ramiz Mehdiyev prosesə onlayn qoşulmuşdu. Oturaqlı halda idi. Tam anlaqlı vəziyyətdə idi. Mənim çıxışımdan sonra hakim ondan sualının olub-olmadığını soruşdu. Ramiz Mehdiyev isə "yox" cavabını verdi. Mənim dediklərimi isə təsdiq etdi. Yəni başa düşmək, fikir bildirmək qabiliyyəti var".
Xatırladaq ki, Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə AMEA-nın prezidenti olub. Onun barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. R.Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM












