Bu yolayrıcı DİQQƏTSİZLİYİ BAĞIŞLAMIR - VİDEO

Tovuz rayonunun Aşağı Quşçu kəndinin əsas küçəsində tez-tez qəzaların baş verdiyi bildirilir.
Avtosfer.az xəbər verir ki, Gencexeber.az-a müraciət edən vətəndaşların sözlərinə görə, qəza riskini artıran əsas amillərdən biri köməkçi yoldan əsas yola çıxan sürücülərin hərəkətdə olan avtomobilləri vaxtında görə bilməməsidir. Park edilən avtomobillər sürücülərin görmə sahəsini məhdudlaşdırır.
Belə ki, köməkçi yoldan çıxan sürücülər əsas yolda hərəkət edən nəqliyyat vasitələrini görmək üçün avtomobillərini irəli sürməli, nəticədə yolun hərəkət hissəsinə çıxmalı olurlar. Bu isə həm köməkçi yoldan çıxan, həm də əsas yolla hərəkət edən sürücülər üçün təhlükəli vəziyyət yaradır. Görmə məhdudiyyəti səbəbindən nəqliyyat vasitələri bir-birini son anda görə və toqquşma riski ilə üzləşə bilirlər.
Vətəndaşlar aidiyyəti qurumlardan ərazidə yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər. Onlar yolayrıcında nəqliyyatın hərəkətinin tənzimlənməsi, zərurət yaranarsa, işıqfor və ya digər tənzimləyici vasitələrin quraşdırılması, eləcə də yol nişanlarının yerləşdirilməsi imkanlarına baxılmasını xahiş edirlər.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












