Yüngül qəzanı yolun ortasında həll edə bilməyən sürücülər tıxac yaratdılar - VİDEO

Xırdalan şəhərində yüngül qəza keçirən sürücülər yolda tıxacın yaranmasına səbəb olublar. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, bir-birinə yüngül şəkildə toxunan sürücülər ikinci cərgədə dayanaraq hərəkət zolağını zəbt ediblər. Bu səbəbdən yolda sıxlıq yaranıb. Videodan da aydın şəkildə görünür ki, avtomobillərdə heç bir zədə yoxdur. Qarşıda yolun sağ kənarında kifayət qədər boş yerlərin olmasına baxmayaraq, sürücülər qəza baş verən yerdən tərpənməyiblər.
Sürücülərə tövsiyə olunur ki, yüngül qəzalar baş verdikdə yolun kənarında dayanaraq prosedura uyğun hərəkət etsinlər. Əksər sürücülərin yaddaşında yanlış bir fikir formalaşıb ki, qəza zamanı maşınları yerindən tərpətmək olmaz. Əslində, qəzanın günahkarı məlumdursa, avtomobillərin yol kənarında dayanmasına ehtiyac yoxdur. Belə hallarda sürücülər birbaşa Dövlət Yol Polisi İdarəsinə müraciət edərək yol-nəqliyyat hadisəsini rəsmiləşdirməlidirlər.
Fərid
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












