8 yaşlı məktəblini maşın vurdu - YENİLƏNİB

Şirvanda səkkiz yaşlı məktəblini avtomobili ilə vuraraq ağır yaralayan sürücünün kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a bildirib ki, qeyd edilən yol-nəqliyyat hadisəsi bugün saat 17 radələrində şəhər ərazisində baş verib.
R.Mehdiyev idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman məktəblini vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.
***
Şirvanda 8 yaşlı məktəblini avtomobil vuraraq ağır yaralayıb.
Şirvan sakini, 2015-ci il təvəllüdlü Adilə Əliyevanı məktəbdən çıxıb yolu keçərkən avtomobil vurub. Azyaşlı ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (apa)
Bir gündə 3 avtomobil sıradan çıxdı: Ramana sakinləri AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ












