3 nəfərin öldüyü avtobus qanunsuz işləyirmiş - RƏSMİ AÇIQLAMA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu gün paytaxtın Qaradağ rayonunda avtobusların iştirakı ilə baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, AYNA sərnişindaşıma fəaliyyəti göstərən avtobusun qanunsuz işlədiyini açıqlayıb:
“Dekabrın 25-də Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Araşdırmalarla müəyyən edilib ki, “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusla toqquşub.
Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək.
Qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.
Qeyd edək ki, baş verən qəza nəticəsində avtobusda olan şəxslərdən 3-ü həlak olub, daha 8 nəfər yaralanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












