Abşeronda avtomobil 51 yaşlı qadını vurdu
Qəzalar
20 Fevral 2021 00:03
Oxunub 2496

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Hacıyeva Hədisə Əhməd qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













