Ağcabədidə "VAZ" və "Mercedes" toqquşdu, xəsarət alan var

Ağcabədidə bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
Hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Beyləqan rayonu Eyvazalılar kənd sakini 1983- cü il təvəllüdlü Muradov Nadir Nazim oğlu idarə etdiyi 55-BM-764 dövlət qeydiyyat nişanlı "VAZ 21074" markalı minik avtomobili ilə Şəki rayon sakini 1985-ci il təvəllüdlü Əmrahov Məhəmməd Qardaşxan oğlunun idarə etdiyi 90- FR-978 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" minik avtomobili ilə toqquşub.
Nəticədə "VAZ 21074" markalı avtomobildə olan sərnişin 1955-ci il təvəllüdlü, Beyləqan rayonu Eyvazalılar kənd sakini Kazımova Dilşad Qocaq qızı xəsarət alaraq Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (apa)
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












