Ağır qəza: Avtomobil “BMW” ilə toqquşaraq yoldan keçən piyadanı vurdu - DİN-dən AÇIQLAMA - VİDEO

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 1-i saat 13:30 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2108” markalı maşın “BMW” markalı avtomobillə toqquşub. İddialara əsasən, qəzanın baş verməsində səbəbkar "VAZ" sürücüsü olub. Nəticədə bir-birinə çırpılan hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. Sürücülər arasında xəsarət alan olmayıb.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev Avtosfer.az-a bildirib ki, qəzaya səbəb "VAZ"ın sürücüsünün manevr qaydasını pozması olub. Həmçinin DİN rəsmisi hadisə zamanı yoldan keçən piyadanın yüngül xəsarət aldığını və ambulator müalicədən sonra evə buraxıldığını əlavə edib.
Qeyd edək ki, qəzayla bağlı təhqiqatlar davam edir.
Nərmin
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












