Astarada baş verən qəzanın görüntüləri yayıldı - Səhvi kim etdi? - VİDEO

Ötən gün Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az Metbuat.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Təngərüd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, Astara-Lənkəran marşrut xətti üzrə hərəkət edən “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dirəyə çırpılaraq aşıb. Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən xəsarət alan və həyatını itirənlərin olduğu bildirilir. Qeyd edək ki, yaralılar dərhal hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Görüntülərdən belə aydın olur ki, "Vaz-2107" markalı avtomobil sərt döngədə görüntü məhdudiyyəti olan yerdə qarşı yola çıxdığına görə, mikroavtobus toqquşmadan yayınmaq üçün sükanı sağa çevirib və nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq qəzaya uğrayıb.
Qəzanın görüntülərini təqdim edirik:
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












