Astarada "VAZ 2107" elektrik dirəyinə çırpılıb, sürücü ölüb - FOTO

Martın 8-də saat 22:40 radələrində 1998-ci il təvəllüdlü Tural Əlizadə idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Astara şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı elektrik dirəyinə çırpılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Qəza nəticəsində sürücü ölüb, avtomobildə olan sərnişin Mehdi Əsgərzadə isə bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
***
Saat 00:52
Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə və ağaca çırpılıb.
Zərbənin təsirindən elektrik dirəyi aşıb, avtomobil kiçik hissələrə bölünüb.
Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, bir nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Astara Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Faktla bağlı Astara rayon polis şöbəsində araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO














