Avtomobil qaz xəttinə çırpıldı, 320 abonent qazsız qaldı

Zaqatalada avtomobilin qaz xəttinə çırpılması səbəbilə 320 abonent qazsız qalıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 28-i axşam saat 21:45-də rayonun Yengiyan kəndinin ərazisində baş verib.
Rayonun Kəpənəkçi kənd sakini idarə etdiyi “Opel Astra” markalı 10-MS-440 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbilə avtomobili yolun kənarındakı 108 mm-lik qaz xəttinə çırpıb.
Qəzadan sonra qaz xəttində yanğın baş verib. Qaz xəttində təbii qazın verilməsi kəsildikdən sonra yanğın sönüb. Hadisə nəticəsində ötən gün axşam saatlarında 320 abonent qazsız qalıb.
Avtomobilin mühərrik hissəsi qismən yanıb. Avtomobildə olan iki sərnişin rayonun Kəpənəkçi kənd sakinləri 1982-ci il təvəllüdlü Elmar Əlisultan oğlu Babayev və 1977-ci il təvəllüdlü Kəlmət Həşil qızı Heydərova yüngül xəsarət alıblar.
Yaralılara Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunda ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırma aparılır.
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO












