Azərbaycanda iş adamı lüks avtomobili ilə qəzada öldü - VİDEO

Quba rayonunun Üçgün kəndi ərazisində "Lexus" markalı avtomobilin dərəyə aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 1979-cu il təvəllüdlü, Xaçmaz rayon sakini Orucov Şamil Zehyəddin oğlu ölüb.
1985-ci il təvəllüdlü Faiq Orucov, 1978-ci il təvəllüdlü Ratiq Dəmirov və 1977-ci il təvəllüdlü Ceyhun Abdullayev xəsarət alıblar.
Onlar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.
Qəza nəticəsində dünyasını dəyişən Şamil Orucov Xaçmazda yerləşən "Mal bazarı" kimi tanınan bazarın sahibidir.
Qəzaya düşən şəxslərin vəziyyəti ilə bağlı APA-nın sorğusuna Quba Mərkəzi rayon Xəstəxanasından bildirilib ki,15.12.2024-cü il tarixində saat 19:09-da Quba rayonu Üçkün kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alan ə 3 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1985-ci il təvəllüdlü şəxsə bədənin bir neçə nahiyələrinin yumşaq toxumalarının küt travması, 1978-ci il təvəllüdlü şəxsə boyunun və döş qəfəsinin yumşaq toxumalarının küt travması, 1977-ci il təvəllüdlü şəxsə isə göz qapağının və qaşın kəsilmiş açıq yarası diaqnozu təyin olunub.
Hazırda Təcili Tibbi Yardım bölməsində müalicələri davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə yerində 1 nəfərin ölüm faktı qeydə alınıb.
***
Quba rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, “Lexus” markalı minik avtomobili rayonun Üçgün kəndi ərazisində idarəetməni itirərək dərəyə aşıb.
Hadisə nəticəsində sürücü, Xaçmaz rayon sakini 1979-cu il təvəllüdlü Orucov Şamil Zehyeddin oğlu ölüb, onun sərnişinləri - 1985- ci il təvəllüdlü Orucov Faiq Teymur oğlu, 1978-ci il təvəllüdlu Dəmirov Ratiq Rafiq oğlu və 1977-ci il təvəllüdlü Abdullayev Ceyhun Fərhad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bakıda ağır qəza: Fikri yoldan yayınan sürücü maşını avtobusa çırpdı - VİDEO
Skuterlə qayda pozan gənc qəzaya düşdü; dişləri sındı - VİDEO
Ağdaşda AĞIR QƏZA: ÖLƏN var - YENİLƏNİB
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - ÖLDÜ - VİDEO
Qəzada yaralanan 24 yaşlı Şahin vəfat etdi - FOTO
“Tesla” qarşı yola çıxıb TIR-la toqquşdu; qadın sürücü öldü - VİDEO
Minik avtomobili yük maşınına çırpılıb: Paytaxtda qəza - VİDEO
Novxanı-Pirşağı yolunda “Mercedes” aşdı - VİDEO
Sürəti azaldıb təhlükə yaradan sürücülər qəzaya səbəb oldu - REAL VİDEO
“Hyundai” sürücüsü qayda pozub qaçdı; yol polisini maşınla sürüdü - VİDEO
İşıqforu gözardı edən “BYD” sürücüsü qəza törətdi - REAL VİDEO










