Azərbaycanlı narkomanın törətdiyi dəhşətli qəzada 6 nəfər öldü

Saratov vilayətində Azərbaycandan olan narkoman 6 nəfərin (o da daxil olmaqla) ölümü ilə nəticələnən ağır qəza törədib.
Avtosfer.az bildirir ki, “Vzglyad-info” xəbər agentliyi fevralın 27-də gecə Saratov vilayətinin Lısoqorski rayonunda magistral yolda baş vermiş avtomobil qəzası ilə bağlı araşdırma aparıb.
Yerli vaxtla saat 00.15-də Qremyaçiy qəsəbəsinə döngədə 39 yaşlı sürücünün idarə etdiyi "VAZ-2112" və 30 yaşlı kişinin idarə etdiyi "Lada Qranta" markalı avtomobillər toqquşub.
“Lada Qrant”da sürücü və iki sərnişin, 32 və 38 yaşlı şəxslər ağır yaralanıb.
“VAZ-2112”də ölənlər 40 və 44 yaşlı sürücü və sərnişinlərdir. Və daha bir 44 yaşlı kişi xəstəxanaya yerləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, “Qranta” markalı avtomobili Azərbaycan vətəndaşı Orxan Nuruzadə idarə edib.
Saratov şəhərinin Voljski rayon məhkəməsinin materiallarına əsasən, fevralın 7-də sürücü Orxan Müzəffər oğlu Nuruzadə Rusiya İnzibati Xətalar Məcəlləsi ilə inzibati məsuliyyətə cəlb edilibmiş.
Polis əməkdaşları narkotik istifadə edən əcnəbini saxlayıb və işi məhkəməyə göndəriblər.
Orxan Nuruzadə əcnəbi vətəndaş tərəfindən narkotik vasitələrdən istifadə qaydalarını pozma maddəsi ilə ittiham olunub.
Əcnəbi Rusiyadan inzibati qaydada çıxarılmaqla 4000-dən 5000 rubla qədər (43, yaxud 53 dollar) cərimə və ya Rusiyadan inzibati qaydada deportasiya edilməklə 15 günə qədər inzibati həbslə üzləşib.
İşə hakim Viktor Kuçko baxıb.
Orxan Nuruzadə minimum 4000 rubl (43 dollar) cərimə cəzası alıb.
lent.az
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












