Azərbaycanlı sürücü qəza törətdi, 6 ölü var

Rusiyanın Saratov vilayətinin Lısoqorski rayonunda magistral yolda baş vermiş avtomobil qəzası ilə bağlı operativ araşdırma aparılıb.
Avtosfer.az bildirir ki, qəza saat 00.15-də - Qremyaçiy kəndində baş verib. 39 yaşlı sürücünün idarə etdiyi "VAZ-2112" və 30 yaşlı kişinin idarə etdiyi "Lada Granta" markalı avtomobillər toqquşub.
“Lada Grant”da sürücü və iki sərnişin, 32 və 38 yaşlı kişilər ağır yaralanıb. “VAZ-2112”də ölənlər 40 və 44 yaşlı sürücü və sərnişinlərdir. Daha bir 44 yaşlı kişi xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, “Granta” markalı avtomobili Azərbaycan vətəndaşı Orxan Nuruzadə idarə edib. “VAZ-2112”də isə Başqırdıstanın dörd sakini olub.
Saratov şəhərinin Voljski rayon məhkəməsinin materiallarına əsasən, fevralın 7-də sürücü Orxan Müzəffər oğlu Nuruzadə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb edilib. Polis əməkdaşları onu narkotikin təsirində avtomobil idarə etdiyi üçün saxlayıb və işi məhkəməyə göndəriblər. Orxan Nuruzadə əcnəbi vətəndaş tərəfindən narkotik vasitələrdən istifadə qaydalarını pozma maddəsi ilə ittiham olunub.
O, Rusiya Federasiyasından inzibati qaydada çıxarılmaqla 4000-dən 5000 rubla qədər cərimə və ya Rusiya Federasiyasından inzibati qaydada deportasiya edilməklə 15 günə qədər inzibati həbslə üzləşib.
İşə hakim Viktor Kuçko baxıb.
Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, Orxan Nuruzadə minimum 4000 rubl cərimə cəzası alıb.
Qeyd edək ki, sözügedən qəza nəticəsində 6 nəfər ölüb.
lent.az
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












