Bakıda "AA" seriyalı avtomobil piyadanı vurub ÖLDÜRDÜ - Günahkar başqa sürücü çıxdı

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Avtosfer.az xəbər verir ki, hadisə Səbail rayonu, Yeni Salyan yolunda, Bibiheybət məscidi yaxınlığında baş verib. Saat 07.00 radələrində şəhər istiqamətində hərəkətdə olan "10-AA-659" dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili yolu keçmək istəyən 20-25 yaşlı gənci vurub. Piyada hadisə yerində keçinib.
DİN Mətbuat xidmətindən isə bildirilib ki, dekabrın 2-də səhər 07:09 radələrində Səbail rayonu ərazisində Bibiheybət məscidinin yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini Fariz Məmmədovun idarə etdiyi 90 SB 966 nömrəli “Nissan X-Trail” markalı avtomobillə piyada keçidi üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Məzahir Əliyev vurulub. Nəticədə piyada yolun əks istiqamətində hərəkətdə olan Nəsimi Mustafayevin idarə etdiyi “BMW” markalı avtomobilin qarşısına düşüb. N.Mustafayev dərhal avtomobili dayandırıb. Lakin piyada hadisə yerində vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə yerinə baxış keçirilib, sxem tərtib edilib və digər istintaq hərəkətləri həyata keçirilib. Araşdırma davam etdirilir.
Qeyd edək ki, piyadanın qarşısına düşdüyü “BMW” markalı avtomobil 10 AA 659 nömrə nişanlıdır.
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO
Bakıda "Hyundai" "Mercedes"ə çırpıldı - Sürücü öldü
Bakı-Qazax yolunda ağır QƏZA - AVTOBUS AŞDI - VİDEO











