Bakıda gənc oğlanı avtomobil vurub, vəziyyəti ağırdır

Qəzalar 29 İyun 2022 09:23 Oxunub 738
Bakıda gənc oğlanı avtomobil vurub, vəziyyəti ağırdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Abidinli Ülvi Ənvər oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır

ŞƏRH YAZ
Ad

E-mail

Şərh