İş yoldaşının boyunbağısını oğurlayıb lombarda qoydu

Bakıda iş yoldaşının zinət əşyasını oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisindəki evdə baş verib.
Qəbələ rayon Vəndam qəsəbə sakini 28 yaşlı Cavad Xəlilov gecə iş yoldaşı Xəqaninin evində qalıb. O, səhər evi tərk edərkən mənzildəki dolabdan Xəqaniyə məxsus dəyəri 3 min manat olan 17 qramlıq boyunbağını götürərək aparıb.
Növbəti gün işə gedən zərərçəkmiş şəxs Cavaddan boyunbağını soruşanda o, rayona qonaq gedib qayıtdıqdan sonra qiymətli əşyanı qaytaracağını deyib. Lakin vədinə əməl etməyib. Məlum olub ki, boyunbağını metronun “Memar Əcəmi” stansiyası yaxınlığındakı lombarda qoyaraq 1700 manat pul götürüb.
Oğurlanan əşyanı geri ala bilməyən Xəqani polisə şikayət edib və iş yoldaşı barəsində cinayət işi açılıb. İşə Nəsimi Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Cavada 1 il azadlığın məhdudlaşdırılması cəzasıverilib. Onun üzərinə elektron qolbaq taxılıb.
Müşfiqabadda heyvanlara qarşı vəhşilik bitmir: İti öldürüb zibilliyə atdılar - VİDEO
”Qış parkı”nın yaxınlığındakı sədd velosipedçiləri sürücülərdən gizlədir - VİDEO
Yeni Yasamalda sürücülər çuxura düşüb yollarına davam edirlər - VİDEO
Bakıda açıq dəlik velosiped sürücüsünü təhlükə ilə üz-üzə qoydu - VİDEO
Sürücü hündürlükdən yıxılıb öldü - FOTO
Şəmkirdə qan çanağına çevrilən yol: "Burada iki nəvəm öldü" - VİDEO
Məktəbli qız itlərin hücumundan son anda xilas oldu - ANBAAN VİDEO
Azərbaycanda magistral yol yararsız hala düşdü - VİDEO
Avtomobil almaq arzusu ilə götürdüyü krediti tanışı oğurladı; polis saxladı
Bakıda həkimin sürücüsü ilə cangüdəni sərxoş halda dalaşdı - VİDEO - YENİLƏNİB
Tramp Si Cinpinlə görüşdən ölkəsi üçün nə əldə edə bildi? - POLİTOLOQ











