Banner

Tovuzda qəzada xəsarət alanların vəziyyəti açıqlandı

Qəzalar 25 Noyabr 2026 13:06
Tovuzda qəzada xəsarət alanların vəziyyəti açıqlandı
WhatsApp kanalımıza abunə olun

Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qəzada xəsarət alan 5 nəfər (1 kişi, 2 qadın, 2 azyaşlı) noyabrın 23-ü saat 13:40-da Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin edilən şəxslərə zəruri tibbi xidmət göstərilib.

3 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2 nəfər isə ambulator müalicə üçün evə buraxılıb".

Xatırladaq ki, noyabrın 23-də Tovuzda sürücünün idarəetməsindən çıxan avtomobil körpüdən aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişinlər - Nuray Elmar qızı Bayramova, Xəyal Şakir oğlu Hüseynov, Püstə Şəmil qızı Hüseynova, Hüseyn Xəyal oğlu Hüseynov və Aylin Xəyal qızı Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Oxunub : 56
ŞƏRH YAZ
Ad

E-mail

Şərh