Bakıda "Range Rover” ağır qəza törətdi: Nömrəni gizlədib jurnalistə hücum etdilər - VİDEO

Bakının Yasamal rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib. Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınan qəzaya “Range Rover” markalı avtomobil səbəb olub.
Avtosfer.az xəbər verir ki, sözügedən avtomobili idarə edən sürücü sükana nəzarəti itirib, nəticədə nəqliyyat vasitəsi ağaca və piyada keçidində quraşdırılmış yol nişanına çırpılıb.
Maşın daha sonra yol kənarında dayanan iki “Mercedes” və “Mitsubishi” markalı avtomobillərə çırpılıb və sonda aşıb. Qəza nəticəsində “Land Rover” markalı avtomobilin sürücüsü xəsarət alıb. Qəzanı törədən sürücünün yaxınları avtomobilin dövlət nömrə nişanını çıxardaraq onun sahibinin kim olduğunu gizlətməyə çalışıblar və İTV-nin çəkiliş qrupuna təzyiq göstərərək peşə fəaliyyətini yerinə yetirməyə maneə yaradıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Yolda digər avtomobillərin hərəkətinə maneə yaradan “Land Rover” evakuatorla cərimə meydançasına aparılıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var












