Bakıda maşın ağaca çırpıldı, 4 yaralı - FOTO

Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az musavat.com-a istinadən bildirir ki, hadisə Tbilisi prospektində qeydə alınıb. Prospektlə "20 Yanvar" dairəsi istiqamətində yüksək sürətlə hərəkətdə olan "Mercedes" maşın ağaca çırpılıb. Qəza nəticəsində sürücü və 3 sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, dörd yaralıya tibbi yardım göstərilir. Onların adları dəqiqləşdirilir.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İdarənin istintaq şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir. İlkin ehtimala görə, qəzaya sürücünün sürət həddini aşması və nəticədə idarəetməni itirməsi səbəb olub.
Qeyd edək ki, Tbilisi prospektinin qəza baş verən hissəsində icazə verilən maksimal sürət həddi 60 km/saatdır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO


















