Bakıda motosiklet “Prius”a çırpıldı, kuryer xəsarət aldı - VİDEO

Bakının hava limanı yolunda nəqliyyat vasitələrinin toqquşmasıyla nəticələnən qəza baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 5-i saat 20 radələrində qeydə alınıb. Belə ki, “Wolt” kuryer şirkətinə məxsus motosiklet, 77-DS-875 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilə çırpılıb. İddialara əsasən, qəzaya səbəb “Prius” sürücüsünün anidən yola çıxması olub. Nəticədə avtomobilə dəyən motosiklet yararsız hala düşüb. Həmçinin bayker hadisə zamanı xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, qəzayla bağlı araşdırmalar davam edir. Həmçinin DİN rəsmisi belə halların baş verməməsi üçün sürücüləri diqqətli olmağa və qayda pozmamağa çağırıb.
Nərmin
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












