Bakıda “Prius” “Mustang”la toqquşdu: Xəsarət alan var - YENİLƏNİB - ANBAAN VİDEO

Paytaxtın Səbail rayonu Azneft dairəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.
Bu barədə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə dünən axşam saat 23:45 radələrində qeydə alınıb:
“Belə ki, “Toyota Prius” markalı 77-CN-786 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Ford Mustang” markalı 10-MO-093 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Faktla bağlı Səbail Rayon Polis idarəsində araşdırma aparılır”.
***
Bakıda iki avtomobil toqquşub.
Avtosfer.az xəbər verir ki, hadisə "Azneft" dairəsində baş verib. Yol nişanlarının tələbini pozan avtomobil "Toyota Prius" markalı maşını vurub.
Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
unikal
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY












