Bakıda qəza törədən sürücü sərnişini döydü - FOTO

Bakının Sabunçu rayonunda yol qəzası zamanı sürücü xəsarət alıb, sərnişin döyülüb.
Bakının Sabunçu rayonunun Zabrat şosesində qeydə alınıb.
3 minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
“Kia”markalı avtomobili idarə edən avtomobil təlimçisi qarşısına maneə çıxdığı üçün qəfil əyləcdən istifadə edib. Eyni istiqamətdə olan “Toyota”nın sürücüsü ara məsafəsini gözləyərək avtomobili saxlaya bilib. Ancaq “Land Rover” markalı nəqliyyat vasitəsi “Toyota”ya çırpılıb və zəncirvari yol qəzası baş verib. “Toyota”nın sürücüsü - 1964-cü il təvəllüdlü Həsənova Firuzə Nadir qızı xəsarət alıb. Həmin avtomobildə olan onun oğlu 1984-cü il təvəllüdlü Həsənov Polad Məhəmməd oğlu bundan hiddətlənərək “Land Rover”in sürücüsü ilə mübahisə edib. O, döyülərək xəsarət alıb. Hər iki şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin edib. (apa)
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO















