Bakıda qırmızıda keçən sürücü qəza törətdi, xəsarət var - FOTO

Qəzalar 11 Fevral 2021 10:07
Bakıda qırmızıda keçən sürücü qəza törətdi, xəsarət var  - FOTO
WhatsApp kanalımıza abunə olun

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Səməd Vurğun və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.

Zaur Əliyev idarə etdiyi "Kia" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman onun avtomobili "Ford" markalı avtomobillə toqquşub. Zaur Əliyevin verdiyi məlumata görə, "Ford" işıqforun qırmızı işığında keçib. Qəza nəticəsində Z.Əliyev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Oxunub : 1594
ŞƏRH YAZ
Ad

E-mail

Şərh