Bakıdakı dəhşətli qəzada ölənlərin adları BİLİNDİ - VİDEO - YENİLƏNİB

Gecə saatlarında Yasamal rayonu ərazisində baş vermiş qəzada ölənlərin kimliyi müəyyənləşib.
“Qafqazinfo”nun məlumatına görə, saat 22:30 radələrində Asim Asiman oğlu Əliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobil dairəvi yolda idarəetməni itirib.
Avtomobil beton yol ayırıcının üstündəki işıq dirəyinə dəyib əks istiqamətli hərəkət hissəsinə çıxaraq öz yolu ilə hərəkətdə olan İrana məxsus TIR-a çırpılıb.
Nəticədə “Chevrolet”in sürücüsü Asim Asiman oğlu Əliyev və həmin avtomobildə olan sərnişin Ruslan Maşallah oğlu Mikayılov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
07:21
Gecə saatlarında Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza Yasamal rayonunda qeydə alınıb.
Hadisə zamanı “Chevrolet” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın qarşı yolda hərəkət edən yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, DYP əməkdaşları cəlb olunublar.
Qəza yerindən görüntüləri təqdim edirik:
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












