Bakıdakı qəzada 4 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Bu gün Koroğlu metrostansiyası yaxınlığında baş verən qəzada 4 nəfər xəsarət alıb.
Bu barədə “Qafqazinfo”ya Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, hadisəyə “Hyundai” markalı avtomobil səbəb olub.
Belə ki, “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq bardürə çırpılıb və əks hərəkət istiqamətinə çıxaraq aşıb.
Bu zaman avtomobil öz yolu ilə gedən “VAZ 21015” markalı avtomobilə çırpılaraq onu da aşırıb.
Həmçinin “Chevrolet” və “Mitsubishi” markalı daha iki minik avtomobilinə ziyan vurub.
Qeyd edək ki, qəzada yaralanan 4 nəfər də “Vaz 21015”də olan şəxslər olub.
***
Heydər Əliyev prospekti, əsas yolda iki maşın qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə NİİM-dən bildirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Xəbərə görə, qəza səbəbindən hazırda metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












