Balakəndə iki avtomobil toqquşub, xəsarət alanlar var

Balakəndə baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Balakən rayonu Qullar kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Qullar kənd sakini, 1991-ci il təvəllüdlü Mübariz Aydın oğlu Yetimov idarə etdiyi “Ravon Nexia R3” markalı minik avtomobili ilə rayonun Tülü kənd sakini, Fərrux Tacəddin oğlu Dabaxovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobilləri toqquşub. Nəticədə “Ravon Nexia R3” markalı avtomobildə olan sərnişin, rayonun Mahamalar kənd sakini İntiqam Məhəmməd oğlu Yekəyev və “VAZ 2106” markalı avtomobilin sürücüsü F. Dabaxov Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












