Balaxanıda “KamAZ” yük maşınına çırpılaraq yararsız hala düşdü - VİDEO

Sabunçu rayonu Balaxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 15-i səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “KamAZ” markalı yük maşını, “Mercedes” markalı nəqliyyat vasitəsiylə toqquşub. İddialara əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə idarəetmədən çıxan “KamAZ” yük maşınına çırpılaraq yararsız vəziyyətə düşüb. Həmçinin digər nəqliyyat vasitəsinə də maddi ziyan dəyib. Sürücülər arasında xəsarət alan olmayıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, qəzayla bağlı araşdırmalar davam edir. Həmçinin DİN rəsmisi belə halların baş verməməsi üçün sürücüləri diqqətli olmağa və qayda pozmamağa çağırıb.
Nərmin
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












