Banqladeşdə baş verən iki avtomobil qəzasında on nəfər ölüb
Qəzalar
9 Mart 2024 17:12

Banqladeşdə baş verən iki avtomobil qəzasında on nəfər ölüb, ondan çox insan isə yaralanıb.
Yerli polis zabitinin açıqlamasına əsasən, paytaxt Dəkkədən 185 kilometr cənub-qərbdə, Pirojpur rayonunda avtobus, motosiklet və avtorikşanın toqquşması nəticəsində yeddi nəfər həlak olub. Onların üçü hadisə yerində, dördü isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Banqladeşin mərkəzində, Dəkkədən 101 kilometr aralıda yerləşən Fəridpur rayonunda baş vermiş daha bir avtomobil qəzası nəticəsində üç nəfər həlak olub, on nəfər yaralanıb. Bu barədə jurnalistlərə yerli yol polisi əməkdaşı məlumat verib. Onun sözlərinə görə, avtobus yoldan çıxaraq aşıb.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır. (Azərtac)
Oxunub : 980
DİGƏR XƏBƏRLƏR
21 Noyabr 2026 14:00
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
20 Noyabr 2026 18:00
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
20 Noyabr 2026 16:18
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
20 Noyabr 2026 16:15
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
20 Noyabr 2026 13:30
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
20 Noyabr 2026 12:36
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
20 Noyabr 2026 12:03
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
20 Noyabr 2026 09:30
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
19 Noyabr 2026 15:11
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
19 Noyabr 2026 14:11
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
19 Noyabr 2026 13:30
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
19 Noyabr 2026 12:36
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
ŞƏRH YAZ












